Füzuli Ələkbərov: “Bu il ərzində Qarabağ müharibəsi və şəhid ailələri üçün 40 rayonda 700-dən artıq mənzil tikilib”

Füzuli Ələkbərov: “Bu il ərzində Qarabağ müharibəsi və şəhid ailələri üçün 40 rayonda 700-dən artıq mənzil tikilib”

"Bu il ərzində Qarabağ müharibəsi və şəhid ailələri üçün 40 rayonda 700-dən artıq mənzil tikilib ki, onlardan da 200-dən çoxu fərdi evlərdir". Bu barədə SİA-nın bölgə müxbirinə Gəncədə səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə bu illər ərzində sözügedən kateqoriyadan olan insanlar üçün dövlət tərəfindən 4 mindən çox mənzil tikilərək istifadəyə verilib. "Hazırda bu kateqoriyadan olan 3600-dən artıq şəxs ev növbəsindədir. Bunlar da 6 rayonu əhatə edir. Onların da məzilərlə təminat məsələsi gələcək 5 il ərzində həll olunmalıdır",- F. Ələkbərov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə