Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verilib

Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verilib

Gəncə şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni mənzillər verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə inşa olunan 4 mərtəbəli 36 mənzilli binanın açılışında nazir Füzuli Ələkbərov da iştirak edib.

Nazir yeni mənzillərlə təmin olunan şəhər sakinlərini təbrik edib. Bildirib ki, dövlət başcısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Qarabağ müharibəsi və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilir. Xüsusən bu kateqoriyadan olan şəxslərin fərdi yaşayış evləri ilə təmin olunması üçün mühüm addımlar atılıb.

Nazir yeni mənzil sahiblərinə orderlərini təqdim edib. Yeni mənzillər ən müasir üslubda tiklib və lazımı şəraitlə təmin edilib. Evələrdə istilik sistemi qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə