“Bu gün Ümummilli Liderin ruhu çox şaddır" ÖZƏL-ŞƏRH

“Bu gün Ümummilli Liderin ruhu çox şaddır" ÖZƏL-ŞƏRH

“Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında tarixi xidmətlər göstərmiş çox böyük şəxsiyyətdir və dahi bir insandır. Ulu Öndər müasir Azərbaycan dövlətçiliyinin banisidir və Azərbaycan xalqının bütün tarixboyu yetişdirdiyi ən böyük şəxsiyyətdir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri çoxşaxəlidir və olduqca müxtəlif sahələri əhatə edir: “Ulu Öndər bütün sahələrdə apardığı mübarizələri qələbə ilə başa vurub. İstər Sovet dönəmindəki Azərbaycan xalqına xidməti, istərsə SSRİ-nin rəhbərliyində təmsil olunan vaxtı öz xalqını, millətini, ölkəsini düşünməsi, istərsə də müstəqillik illərində müstəqilliyini elan etmiş amma hələ dövlətçiliyini qura bilməmiş Azərbaycana rəhbərliyə qayıtması, ölkəmizdə vətəndaş müharibəsinin qarşısını alması, Azərbaycanda dövlətçiliyin əsaslarını, bünövrəsini qurması, YAP-ı yaratması, Azərbaycanın demokratik və hüquqi dövlətə çevrilməsi sahəsində apardığı fəaliyyətlə Ümummilli Lideri Azərbaycan xalqının tarixində əbədiyaşarlıq haqqı qazandırmış xidmətlərdir.

Ulu Öndər hər zaman deyirdi ki, “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir”. Azərbaycan xalqı da eynən Ümummilli Liderlə nəfə aldı, Ulu Öndərlə onun ürəyi bir döyündü. Artıq 15- ildir ki, Ümummilli Lider Heydər Əliyev fiziki, cismani olaraq Azərbaycanda deyil. Amma onun irsi, siyasəti yaşayır və qurduğu dövlət möhkəmlənib. Ulu Öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni Azərbaycan xalqına qələbələr gətirir. Bu gün Ümummilli Liderin ruhu çox şaddır. O çox arxayındır ki, özünün də xalqına sonuncu müraciətində dediyi kimi başladığı işləri cənab Prezident uğurla davam etdirdi və başa çatdırmadığı işləri cənab İlham Əliyev başa çatdırdı. Beləcə bu gün qüdrətli Azərbaycan quruldu. Ulu Öndər böyük uzaqgörənliyi ilə söyləyirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu gün doğurdan da Azərbaycan dünyanın ən parlaq ölkələrindən biridir. Ümummilli Liderin başqa bir böyük uzaqgörənlik ilə söylədiyi fikir var idi ki, “Mən Azərbaycanda əbədi olacam və nə qədər Azərbaycan var, mən də olacağam”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə