"2018 Hərəkatı” Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb TƏDBİR-FOTOLAR
Ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni və digər sahələrində tanınan 100 nəfər nüfuzlu şəxsin təşəbbüsü ilə yaradılan "2018 Hərəkatı”nın növbəti tədbiri Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilib. SİA-nın verdiyi məlumata görə, ictimai-siyasi xadimlərin, ədəbiyyat və mədəniyyət nümayəndələrinin, millət vəkillərinin, media nümayəndələrinin iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən bəhs edilib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin həyatının indiyədək araşdırılmayan anlarından bəhs edən və “Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filmi təqdim edilib. Ekran əsərinin Heydər Əliyev şəxsiyyətinin ucalığını tərənnüm etdiyi vurğulanıb.
“Unudulmaz” filmi Ümummilli Lider Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında müalicə aldığı dövrdən bəhs edir. Ekran əsərinin ssenari və ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, "2018 Hərəkatı”nın qurucu üzvlərindən olan Elnur Niftəliyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB