Azərbaycan polis xidməti bayram günlərində gücləndirilmiş rejimdə xidmət göstərəcək

Azərbaycan polis xidməti bayram günlərində gücləndirilmiş rejimdə xidmət göstərəcək

Dekabrın 30-dan yanvarın 5-nə kimi Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov SİA-ya açıqlamasında bildirib O, qeyd edib ki, bununla bağlı artıq daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti ölkədə ictimai asayişi və ictimai təhlükəsizliyi daha nümunəvi təmin etmək məqsədi ilə 2010-cu il dekabrın 30-dan 2011-cu il yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq.

 

Eyni zamanda, Azərbaycan yol polisi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət göstərəcək. Belə ki, respublika yollarında təhlükəsizliyin və asayişin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin daha çox cəmləşdiyi sahələrə digər sahələrə nisbətən daha çox polis dəstəsi çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə