Rauf Zeyni: “MQF “Dövlət sosial sifarişi” haqqında qanun layihəsinin qəbulu ilə bağlı təklif hazırlayır” - AÇIQLAMA

Rauf Zeyni: “MQF “Dövlət sosial sifarişi” haqqında qanun layihəsinin qəbulu ilə bağlı təklif hazırlayır” - AÇIQLAMA
Milli QHT Forumu (MQF) "Dövlət sosial sifarişi" haqqında qanun layihəsinin qəbulu ilə bağlı təklif hazırlayır. Bu barədə SİA-ya MQF-nin sədri Rauf Zeyni məlumat verib. O bildirib ki, bir çox ölkələrdə belə bir qanun qəbul olunsa da, hələ ki, Azərbaycanda belə bir qanun qəbul olunmayıb. Hazırda təkliflərin hazırlanması ilə əlaqədar hüquqşünaslarla birgə iş aparıldığını dilə gətirən Forum sədri vurğulayıb ki, təklif yaxın gələcəkdə forumu təmsil edən millət vəkillərinə təqdim olunacaq.

Açıqlaması zamanı MQF-nin gələcək fəaliyyəti ilə bağlı məlumat verən R.Zeyni bildirib ki, hər il olduğu kimi 2011-ci ildə də MQF qarşısına qoyduğu məqsəd və vəzifələri yerinə yetirəcək: "Forumun prioritet sahələri var. Bura forumun strukturunun təkmilləşdirilməsi, sektorlarının gücləndirilməsi və hər birinin ayrı-ayrılıqda layihələr həyata keçirə bilməsi, eyni zamanda regionlarda QHT-lərin inkişafı və digər məsələlər daxildir. Bundan əlavə biz gələn il Forumun fəaliyyətinin beynəlxalq müstəvidə, eyni zamanda dövlət qurumları ilə genişləndirməyi və güclənidirməyi, müvafiq nazirliklərlə əlaqədar layihələr həyata keçirməyi nəzərdə tuturuq. Bilirsiniz ki, MQF-nin Şəmkir, Qəbələ, Mingəçevir, Quba və Şirvanda resurs və təlim mərkəzləri fəaliyyət göstərir. Bizim arzularımızdan biri də gələn il maliyyə resursu əldə edə bilsək, ehtiyacı olan bölgələrdə resurs və təlim mərkəzləri yaradaq".

Bütün xəbərlər Facebook səhifəmizdə