"Ulu Öndər qısa zamanda Azərbaycanı beynəlxalq aləmdə tanıtdı" AÇIQLAMA
“Ulu Öndər Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir. Ulu Öndər ölkəsini qısa zaman kəsiyində beynəlxalq aləmdə tanıtmaqla yanaşı, öz sözünü deyən bir ölkəyə çevirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral deyib.
Səfir qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucusudur: “O, Azərbaycan Sovet İttifaqının tərkibində olduğu vaxtlardan ölkəsinin gələcəyini qurmağa başlamışdı. Ümummilli Lider Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ən çətin günlərdə ölkəsinə sahib çıxaraq bugünkü səviyyəyə gətirən bir Liderdir”.
Ümummilli liderin xatirəsinin Türkiyədə də geniş anıldığını deyən səfir bildirib ki, bu gün ölkəmizdə Ulu Öndərin abidəsi, Onun adını daşıyan park var: “Bu Ulu Öndərin dahi şəxsiyyət olmasından qaynaqlanır. Bu gün Ümummilli liderin ölümündən 15 il ötür. Azərbaycan xalqının başı sağ olsun. Allah rəhmət etsin!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB