Rasim Musabəyov: "Siyasi partiyalar haqqında qanuna dəyişiklik olunarsa bütün partiyaların fikirləri nəzərə alınmalıdır" - MÜNASİBƏT
"Siyasi Partiyalar haqqında" qanuna dəyişikliklə bağlı hələlik heç bir təklif yoxdur. Bu sadəcə olaraq fikirdir". Bu sözləri SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Milli Məclisin son plenar iclasında "Siyasi Partiyalar haqqında" qanuna dəyişikliklə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, hazırda qanuna ediləcək dəyişikliklərlə əlaqədar konkret təklif olmadığından nəsə söyləmək mümkün deyil.
Onun sözlərinə görə, qanun qəbul olunandan indiyə qədər Azərbaycanda, ölkənin siyasi mənzərəsində, partiyalarda dəyişiklik baş verdiyindən bu məsələ haqqında düşünmək olar.
"Siyasi partiyalar haqqında qanuna dəyişilik edilməsi ilə bağlı məsələ gündəliyə daxil olmayıb, nə də ki mahiyyəti açıqlanmayıb. Bu sadəcə olaraq bir fikirdir. Təbii ki, Azərbaycanda bir çox dəyişikliklər baş verib. Bundan əlavə ölkənin siyasi mənzərəsi, partiyalar da dəyişib. Ona görə də düşüürəm ki, partiyalarla əlaqədar nəisə götür-qoy etməyə ehtiyac var. Əgər belə bir təkliflər olarsa o zaman bu qanunun bütün partiyalara aid ediləcəyi nəzərə alınmalıdır", - deyə R.Musabəyov qeyd edib.
Qanuna dəyişiklik etmədən öncə ekspertlərin də fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulayan millət vəkilinin fikrincə, qanuna məsləhətləşmələr, bütün partiyaların fikirləri nəzərə alındıqdan sonra və geniş diskusiya nəticəsində dəyişiklik edilə bilər.
Politoloqun fikrincə, hər hansı bir qanuna edilən dəyişiklik tələsik şəkildə edilməməlidir: "Hazırda ölkəmizdə siyasi partiyalarla vəziyyət baş ağırıdıcı halda deyil. Ona görə də, düşünürəm ki, qanuna tələm-tələsik dəyişiklik etməyə ehtiyac yoxdur. Hazırda siyasi partiyalarla bağlı mövcud olan qanun tələblərə cavab verir".
Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova dekabrın 21-də keçirilən parlamentin iclasında belə bir təklif irəli sürüb. O bildirib ki, qanun zamanın tələblərinə cavab vermir. Onun sözlərinə görə, Azərbaycanda parlament seçkilərindən sonra yaranmış yeni reallıqları nəzərə alaraq layihəyə yenidən baxmaq vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB