Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında "Göyçək Fatma" tamaşısının premyerası olub. Bu barədə SİA-nın cənub bürosuna məlumatı teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayev verib. Onun sözlərinə görə, qış tətili günlərində məktəblilər üçün nəzərdə tutulmuş tamaşa Cəfər Fətullayev tərəfindən səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru, respublikanın əməkdar artisti Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı isə Fəraim Fərəcovdur.
B.Rzayev bildirib ki, maraqlı süjet xəttinə malik əsər uşaqlara bir çox müsbət dəyərlər, mənəvi-əxlaqi keyfiyyətlər də aşılayır. Nağılın sonunda xeyirxah qocanın şaxta babaya çevrilməsi tamaşanı daha maraqlı edir. Fatmanın şahzadə ilə evlənməsi, hətta ögey ananın Fatmanı təbrik etməsi Xeyirin qələbəsini bir daha təsdiq edir. Klassik nağıla bir sıra müasir çalarların qatılması tamaşanı daha maraqlı edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB