ABŞ-ın bir neçə ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın bir neçə ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın şimal-şərq hissəsinə güclü qar yağıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəzi ərazilərdə qar örtüyünün qalınlığı 50 santimetr təşkil edir. Nəticədə ölkənin hava və dəmiryol nəqliyyatında fasilələr yaranıb. Eyni zamanda bildirilir ki, Nyuark Liberti, La Qardiya və C.F.Kennedi adına hava limanlarında ümumilikdə təxminən 2000 aviareys təxirə salınıb. Hazırda C.F.Kennedi adına hava limanının fəaliyyətinin dayandırıldığı qeyd edilir.

 

"Amtrak" dəmir-yol şirkəti bir sıra iri şəhərlər arasında qatarların hərəkətini dayandırıb. Sinoptiklər ölkə ərazisində cari ilin 28 dekabr tarixindən hava şəraitinin daha da kəskinləşəcəyini proqnozlaşdırır. Bu səbəbdən Virciniya, Merilend və Massaçusets ştatlarında fövqəladə vəziyyət elan edilib.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində adı çəkilən ştatlarda əhaliyə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsi tövsiyə edilib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər planı hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə