Pakistanda ABŞ-ın pilotsuz təyyarə hücumu nəticəsində 6 yaraqlı öldürülüb
Pakistan rəsmiləri deyir ki, ölkənin şimal-qərbində ABŞ-ın pilotsuz təyyarə hücumu nəticəsində 6 yaraqlı öldürülüb. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, 4 raket hücumu Şimali Vəziristan regionunda yaraqlıların maşınını hədəf alıb.
Digər bir xəbərdə isə deyilir ki, Dünya Ərzaq Proqramı qəbilələrin yaşadığı regionda ərzaq ərzaq yardımını təxirə salıb. Yardım əsasən proqramın mərkəzi yaxınlığında uşaqlar da daxil olmaqla, 45 nəfərin həlak olduğu intiharçı hücumunun həyata keçirildiyi regionda ləğv olunub.
BMT agentliyinin qlobal mətbuat məsələləri üzrə əlaqələndiricisi bildirib ki, təhlükəsizlik məsələləri səbəbilə agentlik müvəqqəti olaraq Bacaur rayonunda bütün fəaliyyətlərini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB