Kot-D-İvuarda seçkilərdən sonra başlayan gərginlik davam edir

Kot-D-İvuarda seçkilərdən sonra başlayan gərginlik davam edir

Kot-D-İvuarda noyabr ayında keçirilən seçkilərdən sonra başlayan gərginlik davam edir.

SİA-nın xəbərinə görə, seçkiləri uduzmasına baxmayaraq prezident kreslosunu tərk etmək istəməyən Laurent Qbaqbo isə ABŞ, BMT və Avropa Birliyinin qalib kimi tanıdığı Alassane Ottaranın tərəfdarları arasında toqquşmalar səngimir.

Orduya nəzarəti əlində saxlayan Qbaqbo bundan rəqibinin tərəfdarlarına qarşı istifadə edir. Ottara isə xalqı Qbaqbo prezident kürsüsünü buraxna qədər tətilə çağırıb.

Qərbi Afrika ölkələrinin liderləri də Qbaqbonu iqtidardan çəkilməyə çağıraraq, əks təqdirdə, lazım gələrsə, güc tətbiq ediləcəyini bildiriblər.

Ölkədəki toqquşmalarda ölkənlərin sayı isə 200-ə çatıb.

Toqquşmalardan qaçan 14 min Ottara tərəfdarı Liberiyaya sığınıb.

Fransa isə Kot-D-İvuarda yaşayan 13 min vətəndaşını bu ölkəni tərk etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə