Aleksandr Lukaşenko hökumətin istefasını qəbul edib

Aleksandr Lukaşenko hökumətin istefasını qəbul edib

Belarus Nazirlər Soveti 2010-cu il dekabrın 27-də Belarus Respublikası Konstitusiyasının 106-cı maddəsinin 3-cü hissəsinə müvafiq olaraq Belarus Respublikasının yeni seçilmiş Prezidenti qarşısında səlahiyyətlərin öz üzərindən götürülməsi barədə qərar qəbul edib.

SİA-nın xəbərinə görə, Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko hökumətin istefasını qəbul edib.

Nazirlər Sovetinin yeni tərkibi yaxın günlərdə təşkil ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə