İraq günə yenə partlayışlarla başlayıb. Ramadi şəhərində dalbadal həyata keçirilən iki kamikadze hücumunda 17 nəfər ölüb, 47 nəfər yaralanıb. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, ilk hücumda kamikadze bomba yüklü avtomobili hökumət binası yaxınlığında havaya uçurub. Qələbəliyin toplandığı əsnada ikinci hücum olub. İnsanların arasına qarışan kamikadze üzərindəki bombaları partladıb.
Hücumda ölən 17 nəfərdən çoxunun polis olduğu bildirilib.
Qeyd edək ki, Ramadi "Əl Qaidə" terror təşkilatının güclü sığınacağı kimi tanınır. Ancaq son illərdə yerli strukturlar şəhərdə sakitliyi bərpa edə bilmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB