Ümummilli liderin xatirəsi Türkiyədə anılacaq

Ümummilli liderin xatirəsi Türkiyədə anılacaq

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədirlər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputatlarımız Ümummilli Lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər. Mərasimə hər iki ölkənin rəsmi şəxsləri, siyasi xadimlər, diaspor üzvləri, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Toplantı iştirakçıları ulu öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü müdrik siyasət barədə fikirlərini söyləyəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.

Səfər dekabrın 13-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə