Rayonun Qarabağlar kəndində vəziyyət daha da acınacaqlıdır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinləri bildirirlər ki, belə getsə sahələrdə sıçanlar məhsulun götürülməsinə imkan verməyəcək.
Bildirək ki, təkcə 1 kv.m əkin sahəsində təxminən 10 sıçan yuvası var. Səpilən taxıllar torpağa düşsədə zərərvericilər tərəfindən məhv edilir. İlkin məlumatlara görə, adıçəkilən kənddə hektarlarla taxıl sahələri yararsız hala düşüb. Hətta kənd sakinlərinin bir çoxu artıq öz sahəsini becərməkədən belə imtina edib.
Tədbir görülməməsi isə əhalini daha da qəzəbləndirib. Ərazidə olduğumuz zaman vəziyyətin həqiqətən acınacaqlı hal aldığının şahidi olduq. Ümumiyyətlə, Samux rayonunun Qarabağlar kəndində builki payızlıq taxıl səpinindən məhsul götürülməsi, ancaq Tanrının möcüzəsinə qalıb.
Məsələyə isə Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsi və Samux rayon İcra Hakimiyyətinin Aqrar Şöbəsindən münasibət öyrənə bilmədik. Qurum rəhbərlərindən heç kim yerində tapılmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB