Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri günündə seçicilərin fəallıq göstərməməsini və passivliyin olmasını özünəməxsus bəhanə ilə ört-basdır etməyə çalışıb. SİA xəbər verir ki, bu barədə yazan Sputnik Armeniya Paşinyanın seçicilərin məntəqələrə gedərək səs verməmələrini onların daha öncəki seçkilərdə olduğu kimi, həmin məntəqələrə nəqliyyat vasitəsi ilə aparılmaması ilə əlaqələndirib. "Heç bir siyasi güc seçicilərini məntəqələrə aparmır", deyə Facebook səhifəsində canlı yayıma çıxan "Mənim addımım" seçki blokunun lideri Paşinyan seçiciləri fəal olmağa səsləyib. Lakin erməni KİV-ləri hazırda da seçicilərin passivliyi barədə məlumat yaymaqda davam edirlər. Xüsusilə Şirak, Gümrü, Vanadzor şəhərlərində problemlərin yaşandığı qeyd eidlməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB