Jirayr Sefilyan: "Səsverməyə qatılmayacağam”

Jirayr Sefilyan: "Səsverməyə qatılmayacağam”

"Sasna Tsrer" partiyasının üzvü Jirayr Sefilyan “facebook səhifəsində deyib ki, bu gün o, hələlik vətəndaşlığı almadığı üçün erkən parlament seçkilərində iştirak edə bilməyəcək”.

SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə o deyib: “Bu il noyabrın 21-də Ermənistanın Baş naziri mənə vətəndaşlıq verilməsi barədə bütün lazımi sənədləri imzaladı. Ancaq mən bu günə qədər Ermənistan vətəndaşlığını qəbul etməmişəm və bu səbəblə 9 dekabrda səsverməyə qatılmayacağam”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə