Ceyhun Osmanlı: “Hazırda gənclər üçün maraqlı olan bəzi məsələlər var ki, onlar Milli Məclisdə gündəmə gələ bilər” - AÇIQLAMA

Ceyhun Osmanlı: “Hazırda gənclər üçün maraqlı olan bəzi məsələlər var ki, onlar Milli Məclisdə gündəmə gələ bilər” - AÇIQLAMA
"Gənclər haqqında" qanun layihəsi bizi və gəncləri qane edir. Bu sözləri millət vəkili Ceyhun Osmanlı SİA-ya açıqlamasında deyib. O bildirib ki, amma dövrün tələblərinə uyğun yeniliklər meydana gələrsə, yeni təşəbbüslər irəli sürülərsə məsələyə yenidən baxmaq olar. Onun sözlərinə görə, ölkədə qəbul edilən bütün qanunlar həm də gənclərə şamil edilir: "Bəzən gənclər əhalinin ümumi qrupundan ayrılır. Amma gənclər də ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Əgər bu gün ölkəmizdə hər hansı qanun layihəsi qəbul olunursa, o qanun həm də gənclərə aiddir. İstənilən qanunverici akt gənclərmizi də düşündürən məsələlərdən biridir".

Millət vəkili vurğulayıb ki, qanun layihələrindən əlavə ölkəmizdə bu sahənin inkişaf etməsi üçün xüsusi proqramlar var ki, həmin proqramlar sayəsində mühüm işlər görülür, addımlar atılır. Buna misal olaraq 2008-2013-ci illəri əhatə edən Dövlət Proqramının olduğunu xatırladan C.Osmanlı qeyd edib ki, hazırda gənclər üçün maraqlı olan bəzi məsələlər var ki, onlar Milli Məclisdə gündəmə gələ bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə