Müxtəlif transmilli şirkətlərdə çalışan gənc azərbaycanlı mühəndislər tərəfindən qurulmuş CES (Caspian Engineers Society) növbəti uğura imza atıb. SİA-nın xəbərinə görə, CES Böyük Britaniyanın Mühəndislik Komisiyası və Kimya Mühəndisləri İnstitutu tərəfindən 2010-cu ilin Mühəndislik Mükafatı ilə təltif olunub.
CES "İllik Mühəndislik Mükafatları" mərasimində Təhsil və Təlim nominasiyası üzrə 2-ci yerə layiq görülüb. Böyük Britaniyanın Mühəndislik Komisiyasında qeydiyyatda olan Kimya Mühəndisləri İnstitutu dünyada ən böyük və tanınmış peşəkar qurumlardan biridir. 113 ölkədə 30 min üzvü olan bu qurum beynəlxalq mühəndislik standardlarının işləyib hazırlanmasında və təsdiq olunmasında başlıca rol oynayan təşkilatlardandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB