Əminə Yusifqızı: "Qəzetimizin bütün əməkdaşları çalışır ki, Yevlax şəhərində, o cümlədən bütün Azərbaycanda görülən işləri oxucularımıza vaxtında çatdıra bilək" - AÇIQLAMA
"Kür" qəzetinin 75 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Bu barədə SİA-ya qəzetin baş redaktoru Əminə Yusifqızı məlumat verib. O bildirib ki, 1935-ci ildən fəaliyyətə başlayan qəzet ilk dəfə "Yevlax" adı ilə nəşrə başlayıb. Qəzetin çətin günlər yaşadığını deyən baş radaktorun sözlərinə görə, bütün bunlara baxmayaraq nə qəzetin nəşri dayanıb, nə də ki, bu vəziyyət kollektivi tərk etməyə vadar edə bilib.
Ə.Yusifqızının sözlərinə görə, hazırda redaksiya maddi texniki avadanlıqla təmin edilib: "Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə ikimərtəbəli bina redaksiyanın balansına verilib. Ötən il "Əkinçi" qəzetinin nəşrə başlamasının - Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi ilə əlaqədar redaksiyanın həyətində 135 ağac əkərək bütöv bir meyvə bağı salmışıq. Bundan əlavə redaksiyamızda fəaliyyət göstərən hər bir işçinin kompüteri var. Bütün bu şərait bizi daha yaxşı yazmağa, şəhərimizin yaradıcılıq, quruculuq işlərində yaxından kömək etməyə imkan verir. Çalışırıq ki, şəhərimizin bu salnaməsini layiq olduğu kimi işıqlandıra bilək. Prezident İlham Əliyev 6 dəfə Yevlaxda olub. Dövlət başçısı son dəfə Yevlaxda olarkən qeyd edib ki, Yevlax Avropanın ən inkişaf etmiş şəhərlərindən bir addım belə geri qalmır. Şəhərimzin hazırki vəziyyətə gəlib çatmasında yevlaxlıların böyük əməyi var. Qəzetimizin bütün əməkdaşları çalışır ki, Yevlax şəhərində, o cümlədən bütün Azərbaycanda görülən işləri oxucularımıza vaxtında çatdıra bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB