Jurnalistlər bayram günləri də pulsuz müayinədən keçə biləcəklər - AÇIQLAMA

Jurnalistlər bayram günləri də pulsuz müayinədən keçə biləcəklər - AÇIQLAMA
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İllə əlaqədar qeyri-iş günləri jurnalistlər üçün keçirilən pulsuz müayinələrə təsir etməyəcək. Bu barədə SİA-ya müayinələrin keçirildiyi Ankara Tibbi Mərkəzinin həkimi Rəqsanə Cəlilova məlumat verib. O bildirib ki, mərkəz özəl olduğuna görə, dövlət tərəfindən təyin edilən qeyri-iş günləri onların fəaliyyətinə heç bir təsir etməyəcək.

Bayramlarla əlaqədar müayinənin yalnız bir gün təxirə düşəcəyini deyən R.Cəlilovanın sözlərinə görə, məhz bu səbəbdən də mərkəz bir ay müddətində nəzərdə tutulan yoxlamaların vaxtını yanvarın sonuna qədər uzatmağa qərar verib: "Yanvarın ilk günü 6-cı günə düşdüyünə qədər həmin gün müayinə olmayacaq. Amma ayın 3-dən yenidən biz fəaliyyətə başlayacağıq və nəzərdə tutulduğu kimi həftənin 2-ci və 6-cı günləri siyahı təqdim edən jurnalistlər müayinəyə gələ bilərlər".

Jurnalistlərin müayinədə aktiv iştirak etdiyini qeyd edən həkim bilidirb ki, müayinənin ilk günü yalnız bir jurnalist mərkəzə müraciət etmişdirsə, artıq ikinci günü 15-dən çox jurnalist müayinədə iştirak edib: "Jurnalistlər bizə təqdim edilən siyahılar vasitəsilə müayinədə iştirak edə bilirlər. Müayinə yalnız jurnalistlər üçün nəzərdə tutulduğundan texniki işçilər bundan yararlana bilmirlər. Burada həm yazılı, həm də televiziya jurnalistləri iştirak edə bilərlər. İndiyə qədər bizə 2 özəl televiziya, 3 qəzet və 5 informasiya agentliyi siyahı göndərib".

Qeyd edək ki, Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən, dekabrın 20-dən start verilən müayinələr 2011-ci ilin yanvar ayının sonuna qədər davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə