Dekabrın 6-da və 7-də Mərakeş Krallığının Rabat şəhərində miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının xətti ilə iştirak edəcək.
Konfransda təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın təmin olunması üçün qarşıda dayanan vəzifələr, bununla bağlı qanunvericilik sahəsində əməkdaşlıq barədə müzakirələr aparılacaq.
Tədbirdə Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya barədə qlobal razılaşmanın qəbul edilməsi də nəzərdə tutulub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB