Milli QHT Forumu (MQF) ona üzv olan təşkilatlar arasında üzvlük nizamnaməsinin tələblərini və ya üzvlüyünə aid olan hər hansı bir hüququ pozan qeyri -hökumət təşkilatlarını üzvlüyündən xaric edir. Bu sözləri SİA-ya MQF-nin sədri Rauf Zeyni açıqlamasında deyib.
O bildirib ki, MQF yaranan gündən artıq bir neçə QHT bu qaydaları pozduğuna görə, üzvlükdən xaric edilib: "Bu məsələ indidə nəzərdə tutulur. Çünki hazırda foruma üzv olan elə təşkilatlar var ki, onların fəaliyyətləri qaneedici deyil. Məhz bu səbəbdən də MQF həmin təşkilatların fəaliyyətinin dayandırılması məqsədilə monitorinq aparır".
Araşdırmalar hazır olandan sonra nəticələrin MQF-nin idarə heyətinə təqdim ediləcəyini deyən R. Zeyni vurğulayıb ki, monitorinqin nəticələrinə əsasən nizamnamənin tələblərinə uyğun fəaliyyət göstərməyən QHT-lərlə bağlı müvafiq qərar qəbul olunacaq: "İdarə heyəti qərar verdikdən sonra həmin təşklatların fəaliyyətinə xitam veriməli olacağıq. Həmin təşkilatlar həm də MQF nin üzvlüyündən xaric ediləcək".
Təşkilatların adlarına gəlincə MQF rəhbəri bildirib ki, fəaliyyətinə xitam verilən təşkilatların adları yalnız monitorinqin nəticələrindən sonra açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda 2612 QHT Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Onlardan yalnız 831-i Maliyyə Nazirliyinə illik hesabat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB