“ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatı gecikib. Amerika tərəfi müqavilədən çıxmaqla bağlı ilk fikirlərini bildirsə də, sonradan bunu etmək üçün səbəb axtarmağa başladı”. SİA-nın Qazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın orta və yaxın mənzilli raketlərlə bağlı Rusiyaya vaxt verməsinə cavab olaraq bildirib.
Putin Amerika tərəfinin Rusiyanın müqaviləni pozulmasına dair bir sübut təqdim etmədiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Putin bildirmişdi ki, əgər ABŞ orta və yaxın mənzilli raketlərlə bağlı müqaviləni tərk edirsə, o zaman Rusiya razılığa əsasən silah istehsal etməyə başlayacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB