Namiq Əliyev: ““Söyüş makinası”nın fəaliyyətindən qrant iyi gəlir” AÇIQLAMA

Namiq Əliyev: ““Söyüş makinası”nın fəaliyyətindən qrant iyi gəlir” AÇIQLAMA

"Xaricdə formalaşan və qeyri-etik davranışlarına görə “iaşə müxalifəti” adını qazanan bu insanların ilkin fəaliyyəti onların kimliyini ortaya qoydu”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə sosial şəbəkələrin mənfi “qəhrəmanlarına” çevrilən Məhəmmədlər, Turallar və digərləri, təbii ki, öz sözlərini demirdilər: “İlk gündən bəlli idi ki, onların arxasında hansısa qüvvələr dayanır və “söyüş makinası”nın fəaliyyətindən qrant iyi gəlir. Təsadüfi deyil ki, heç bir il keçməmiş onların əsl siması aşkara çıxdı. Məsələnin ən ilginc tərəfi də o oldu ki, özləri öz paxırlarını aləmə car çəkdilər. Oyunun iştirakçılarından biri sosial şəbəkədə etiraf etdi ki, onların fəaliyyəti üçün külli miqdarda qrant ayrılıbmış… İndi bu adamlar hakimiyyətdən daha çox, öz silahdaşlarını təhqir edir və bir-birilərinə qarşı ən ağır ifadələr işlədirlər. Əvvəllər də müxalifət daxilində qrant davaları tez-tez baş verirdi və bu proses bitməyəcək, gələcəkdə də belə halların şahidi olacağıq. Sadəcə, əsas məsələ odur ki, cəmiyyətin ayrı-ayrı üzvləri bunlara inanmasınlar, belə saxta “demokratların” arxasınca getməsinlər, xaricdə qurulan oyunların mahiyyətini başa düşsünlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə