“Xaricdən Azərbaycana qarşı söz terroruna, söyüş terroruna keçmiş insanların fəaliyyətlərini onsuzda biz bilirik”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, yəni bunu bütövlükdə Azərbaycan cəmiyyəti bilir və başa düşür: “Azərbaycana qarşı onların iddiaları, onların həyata keçirtdiyi fəaliyyət, dövlətçiliyimizə qarşı onların tutduğu xəyanət hər bir ölkə vətəndaşına məlumdur və bütövlükdə Azərbaycan cəmiyyəti bu cür tipləri bir mənalı olaraq rədd edir. Amma təəssüflər olsun ki, bu cür antimilli fəaliyyət səngimir. Nə qədər bu insanlar ifşa olunsalar da yenə də öz fəaliyyətlərini davam etdirirlər. “Siyasi mühacirlər” ifşa olunduqca Azərbaycan vətəndaşları onların nə qədər simasız olduğunu bir daha görür. Məsələ bundadır ki, “siyasi mühacirlər” üçün heç bir mənəvi dəyər yoxdur, yəni bütün mənəvi dəyərlərdən məhrum olmuş, mənəvi dəyərlərini itirmiş insanlardır. Avropa ölkələrində həyat olduqca sərtdir və amasızdır. Yəni adları çəkilən şəxslər bahalı kirayə haqlarını, yaşayışı nəyin hesabına təmin edirlər? Heç bir yerdə işləməyən, heç bir faydalı əməklə məşğul olmayan insanın gəlirləri hardandır? Onların davasından məlum oldu ki, qrant əldə etmək üçün mübarizə aparırlar. Deməli, bunlar müəyyən qüvvələrin əlində alətdirlər. Yəni Avropanın müəyyən qurumları da bu kimi tiplərin fəaliyyətini elə belə dəstəkləmir. Avropalı “siyasi mühacirlər” üçün heç bir dəyər yoxdur deyə, bunlar müəyyən ermənipərəst mənbələrdən, hətta erməni lobbisinin maliyyə yardımlarımdan belə faydalanırlar və bu maliyyə yardımlarının da kökündə o durur ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salsınlar. Əlbəttə ki, haqq öz yerini tapır. Əvvəl axır hər şey məlum olur. Biz dəfələrlə qeyd etmişik ki, bu insanlar Azərbaycana qarşı xəyanət yolu tutublar və bu xəyanətində kökündə məhz çirkli pulların əldə olunmasıdır. Məhəmməd Mirzəlinin, Tural Sadıqlının, Orduxan Temirxanlının və digər milli satqınların ifşa olunmaları da bizim dediklərimizi təsdiqləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB