Siyavuş Novruzov: “Azərbaycanda siyasi partiyaların özündə artıq islahatların aparılmasına ehtiyac var”
"Partiyalar haqqında yeni qanun layihəsi artıq gündəmə gəlib. Bu məsələ ilə bağlı partiyalar öz münasibətini bildiriblər. Hər bir partiya öz təklifini verəcək. Təkliflər irəli sürüldükdən sonra biz ümumi müzakirələrimizi davam edəcəyik". Bu fikri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Milli Məclisin İntizam Komissiyasının sədri, Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, artıq Azərbaycanda siyasi partiyaların özündə islahatların aparılmasına ehtiyac var: "Məhz Prezident İlham Əliyev Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxundu ki, iqtisadi, sosial sahələrdə geniş islahatlar gedir və siyasi sistemdə isə bu islahatlar davam olunmalıdır. Bunun nəticəsi olaraq siyasi sistemin daha geniş şəkildə formalaşması üçün bütün partiyalar əsas rol oynayır. Bu zəmində Azərbaycanda siyasi partiyaların özündə artıq islahatların aparılmasına ehtiyac var".
S. Novruzov bildirib ki, partiyalar haqqında yenin qanun layihəsində bir çox məsələlər öz əksini tapacaq: " Müəyyən təkliflər var ki, dövlət tərəfindən siyasi partiyalar maliyyələşsin. Maliyyə məsələsini müzakirə edib artıq hansı səpkidə yanaşılması ilə bağlı rəy və təkliflər veriləcək və komissiyada müzakirə olunduqdan sonra qanunda öz əksini tapacaq. Çünki bu bir çox Avropa ölkələrinin təcrübəsində var. Eyni zamanda qanun layihəsində siyasi partiyaların qeydə alınması və digər prosedur qaydaları var ki, bunlar da həyata keçirlilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB