“Raket sınağı üçün heç kimdən icazə almağa ehtiyacımız yoxdur” BƏYANAT
Tehranın öz raketlərini sınaqdan keçirmək üçün kimdənsə icazə almağa ehtiyacı yoxdur. SİA xəbər verir ki, bu barədə İRNA agentliyinə müsahibəsində ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şəkərçi deyib. “Əgər biz hesab etsək ki, raketlərimizi sınaqdan keçirmək lazımdır, biz bu haqda heç kimdən hər hansı bir icazə almayacağıq. Biz, bunu edəcəyik”, deyə iranlı general bildirib.
O, həmçinin bildirib ki, Tehran öz raket potensialını kimlərinsə qarşısında açmaq öhdəliyini üzərinə götürməyib. “Necə ki, Birləşmiş Ştatlar da öz növbəsində onlara verilən suallara cavab vermirlər”, Şəkərçi qeyd edib.
Qeyd edək ki, dekabrın 1-də ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib ki, Tehran BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2231 saylı qətnaməyə zidd olaraq, ballistik raketini sınaqdan keçirib. Onun sözlərinə görə, söhbət o ballistik raketlərdən gedir ki, bir neçə başlıq daşımağa qadirdir. Buna cavab olaraq isə İranın briqada generalı bildirib ki, ölkəsi raket sınaqlarını həyata keçirməyə davam edəcək və bu müdafiə qabiliyyətini artırmağa hesablanmış addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB