David Şahnazaryan: “Paşinyana saat 18:30-a qədər vaxt verirəm” TƏLƏB

David Şahnazaryan: “Paşinyana saat 18:30-a qədər vaxt verirəm” TƏLƏB

Respublika partiyasından deputatlığa namizədliyi irəli sürülmüş David Şahnazaryan Nikol Paşinyanı debata çağırıb və ona axşam saat 18:30-a qədər vaxt qoyub. SİA erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransnda deyib.

“Söhbət Ermənistanın və “Artsaxın” təhlükəsizliyindən gedirsə, məni heç güllə də saxlaya bilməz”, deyə qeyd edən irəli sürdüyü bütün fikir və faktlara görə şəxsən cavabdehlik daşıyır. “Əgər o hər hansı sözümün həqiqətə uyğun olmadığını düşünərsə, mən onu ictimai televiziyanın canlı yayımı vasitəsi ilə açıq və ictimai debata dəvət edirəm. Onun bu gün saat 18:30-a qədər vaxtı var”, deyə respublikaçı namizəd bildirib.

Şahnazaryan “Mənim addımım” seçki blokunu məxsərəyə qoymağı da unutmayıb: “Mənim addımım” seçki blokunda bir nömrəlidən başqa siyasət xadimi yoxdur, dövlət xadimindən isə ümumiyyətlə danışmağa dəyməz”.

Respublikaçı namizəd: "Siz hətta hərbi əsirlərin dəyişdirilməsi məsələsini belə həll edə bilmirsiniz"

“Əgər o bu gün buraya gəlməzsə və efirə çıxmazsa, bütün bunların yerinə alışdığı tonda danışarsa, bütün bunlar əlbəttə ki, yalan olacaq”, deyən Şahnazaryan əlavə edib: “Debat istəmirsə, oturub-danışaq. Siz hətta hərbi əsirlərin dəyişdirilməsi məsələsini belə həll edə bilmirsiniz. Qorxmayın, heç kimə demərik ki, bu barədə haraylasa müzakirə aparmısınız, halbuki söhbət bu insanların həyatlarından gedir...Əgər o canlı efirə çıxmağa razılıq verməyəcəksə, demək ki, bununla mənim burada dediyim sözlərlə razılaşdığını, həqiqət olduğunu sübut edəcək”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə