"Tural və Məhəmməd "söyüş siyasəti"nin qurbanına çevrildilər" ÖZƏL-MÖVQE

Son günlər Avropada yaşayan bəzi mühacir azərbaycanlılar özlərini ifşa etməyə başlayıblar.

Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov SİA-ya açıqlamasında bu olayın gec-tez baş verəcəyinin gözlənilən olduğunu deyib: "Bu adamlar Avropa Oyunlarından üzü bəri ölkəmizə qarşı bir neçə cəbhədə qarayaxma kampaniyalarına başladılar. Son prezident seçkilərində isə biraz da irəli gedərək "söyüş siyasəti"nə keçdilər. Beləliklə də ölkəmizin mental dəyərlərini öz əxlaqlarına uyğun korlamağa çalışdılar. Əslində vəziyyət başqa idi. Biz illərdir deyirik ki, bu adamlar özbaşlarına deyillər, onlara maliyyə ayıran, onlara tappşırıq verən adamlar, təşkilatlar var. Avropaya "lüt" gedib ev, bahalı maşın almaq olduqca çətindir. Əksər hallarda sadəcə mümkün deyil. Bunun bir yolu var idi: Vətənini, millətini, xalqını satıbvarlanmaq, vəssalam. Pul elə bir qüvvədir ki, həcmi artanda özü boyda da problemlər gətirir. Turalın Məhəmmədə qarşı etdikləri isə sözün əsl mənasında biabırçılıqdı. Əvvəla deyim bu olayın özü elə biabırçılıqdı, bu boyda çirkabda birdə bu halı görmək həqiqətən də onlara inananları sındırmış oldu. Tural və Məhəmməd yaratdıqları "söyüş siyasəti"nin qurbanına çevrildilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə