“Etiraflar onların kimlərə xidmət göstərdiyini açıq şəkildə ortaya qoyur” AÇIQLAMA

“Etiraflar onların kimlərə xidmət göstərdiyini açıq şəkildə ortaya qoyur” AÇIQLAMA

“Bir müddət əvvəl Azərbaycan yenə də dünyada öz adından söz etdirməyi bacardı”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, ölkəmiz beynəlxalq aləmdə ən çox islahatlar aparan dövlətlər sırasında öncül yerlərdən birini tutdu: “Bu faktlar isə Azərbaycana sərmayə yatırmaq istəyən xarici investorları daha da həvəsləndirir. Belə bir vəziyyətdə isə qarayaxma kampaniyasının əsas sponsorları xərclədikləri pulların heç bir nəticə vermədiyini görərək bu işə cəlb etdikləri "əməkdaşları"nı cəzalandırırlar. Onlara ayrılan qrantlar dərhal dayandırılır. Bu vəziyyət isə artıq şəxsi mənfəətlərini, maddi maraqlarını hər şeydən üstün tutan bu cür şəxslərin öz aralarında münaqişəyə səbəb olur. Sosial şəbəkələrdə səsləndirilən etiraflar, yazılan statuslar, rəqəmlər bir daha onların kimlərə və hansı ideallara xidmət göstərdiyini açıq şəkildə ortaya qoyur. Onların bir-birini ifşa etməsi bir daha göstərir ki, dövlətimizə qarşı bu cür kampaniyalara qoşulmaq, kimlərinsə əlaltısına çevrilməklə pul qazanmaq yolunun sonu yoxdur. Çünki Azərbaycan vətəndaşı kimlərinsə sifarişi ilə özlərini "qəhrəman" kimi təqdim edən bu şəxslərin səsləndirdikləri fikirlərə yox, gördüklərinə etibar edir. Bu gün insanlarımız dövlətin vətəndaşları üçün həyata keçirtdiyi layihələri görür. İnsanlarımızın təhlükəsizliyi təmin edilir, məktəblər, xəstəxanalar tikilir, yollar çəkilir, hətta ən ucqar kəndlər belə qazlaşdırılır, sahibkarlar üçün ölkəmizdə hər cür şərait yaradılır və s. Bütün bunlar isə vətəndaşlarımızın kimlərinsə maraqlarına xidmət edənlərə yox, dövlətinə inamını və etimadını daha da gücləndirir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə