Yeni hakimiyyət 80% tələb edir, köhnələri isə 50-60%-lə kifayətlənirdilər "JAMANAK"
“Jamanak” qəzetinin yazdığına görə, Şirak vilayətinin qubernatoru Karen Saruxanyan öz kabinetinə kənd ağsaqqallarını yığaraq, onlara “Mənim addımım” seçki bloku üçün işləməyi tapşırır. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, qubernator onları təhdid edib və 80 % səs tələbini onların qarşılarına qoyur: “Əgər onun tələbləri yerinə yetirilməzsə, seçkilərdən sonra kənd ağsaqqalları ilə hüquq-mühafizə orqanları məşğul olmağa başlayacaq”.
“Bu, yeni yanaşma deyil. Kənd ağsaqqalları ilə eyni münasibətdə keçmiş iqtidar partiyası olan Respublikanı təmsil edən qubernatorlar da çıxış ediblər. Lakin 80 faiz yerinə onlar 50-60%-lə də kifayətləniblər”, deyə erməni nəşri xatırladıb.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB