Milli Məclisin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında fikirlərini bildirən deputat Tahir Kərimli sənəddə "effektiv" sözünün "səmərəli" sözü ilə əvəzlənməsini istəyib: "Gəlin, dilimizə hörmət edək. Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deputatın çıxışına münasibət bildirib. "Tahir müəllim, burada nəzərdə tutulan "effektiv" sözü tibbi bir anlayışdır".
Daha sonra isə çıxış edən spiker Oqtay Əsədov deyib ki, deyəsən, dərmanın dozası çox olub: "Qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır. Birincisi, biz dilimizi qorumalıyıq. Bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur. Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB