"BMT TŞ-nın Azərbaycana münasibətdə daha məsuliyyətli yanaşmasını istərdik" ÇAĞIRIŞ

"BMT TŞ-nın Azərbaycana münasibətdə daha məsuliyyətli yanaşmasını istərdik" ÇAĞIRIŞ

"Azərbaycan BMT-nin sülhməramlı missiyasına qoşulub. Burada məqsəd Azərbaycan dövlətinin, Prezidentinin sülhsevər siyasətini ortaya qoymaqdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında" qanun layihəsini təqdim edərkən deyib.

"İstəyirik ki, dünyanın bütün ölkələrində sülh, sabitlik və əmin-amanlıq olsun. Bu məsələdə Azərbaycan dövləti də, Prezidenti də maraqlıdır. Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir. Azərbaycan dövləti burada öz sülhsevərliyini göstərir. İstərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli və ciddi yanaşsın",- deyə Z.Əsgərov qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə