“Ümid makarona qalır” - "Past"

Ermənistanın “Past” qəzeti isə yazır ki, bugünlərdə Nikol Paşinyanın müşavirlərindən biri çıxış edərək deyib ki, guya qiymətlərdə nəzərəçarpacaq artım yoxdur və yalnız mal əti 7 faiz artıb. “Bəlli rəqəmlərin dərc edilməsinin hansı metodikaya əsaslanmasını demək çətindir, lakin heç bir iqtisadi elmə malik olmayan ən sadə vətəndaş dəqiq bilir ki, ət məhsulunun 2700-2800 dramdan (erməni pul vahidi) 3800-4200 drama qədər artımı ümumiyyətlə, 7 faizə sığışdırıla bilməz”, deyə erməni nəşri yazıb və əlavə edib ki, ətin bahalaşması daha öncələr də qeydə alınıb: “Onda da hakimiyyətdə olan Respublika partiyasının bəzi deputatları kartof yeməyi məsləhət bilmişdilər. İndi isə bəlli olmağa başlayır ki, hətta kartof belə, imkanı olmayan insanlar üçün ən bahalı nemət hesab edilə bilər. Bu gün kartofun qiyməti 300 drama çatıb. Bundan əlavə, silahlanmamış gözlərlə baxıldıqda belə, kartof qıtlığını müşahidə etmək mümkündür. Bazarda olanlar isə, yumşaq desək, keyfiyyətli deyil”.

“Past” qəzeti məsələ ilə bağlı kənd təsərrüfatı ilə məşğul olan mütəxəssis rəylərini də öyrənib. Onlar hesab edirlər ki, bu il kartof qıtlığı kimi, ötən il də pomidor qıtlığını yaşayıblar. “Onların iddialarına görə, ilin sonuna qədər ət məhsullarının qiyməti daha da artacaq, yeni ildən sonra kartofun qiymətinin daha da artacağını gözləmək olar”, deyə yazan erməni qəzeti bu fikirləri istehza ilə başa çatdırıb: “Bəlkə yeni məsləhətlər də veriləcək, məsələn, bundan sonra makaron yemək çağırışları kimi...”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə