Noyabrın 28-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki,, prezidentlər Suriyada vəziyyətlə bağlı müzakirələri davam etdirib, İdlibdə vəziyyətin sabitləşməsi haqqında Memorandumun həyata keçirilməsi, o cümlədən terrorçu qruplaşmalarla mübarizə aparılması istiqamətində birgə səyləri gücləndirmək barədə razılığa gəliblər.
İki ölkə liderlərinin noyabrın 19-da İstanbulda keçirilmiş görüşünün yekunları fonunda Rusiya-Türkiyə əməkdaşlığının bəzi aspektlərinə də toxunulub. Həmçinin Qara dəniz regionunda sabitlik və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB