Gürcüstan prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Gürcüstan prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Gürcüstan prezidenti Mixeil Saakaşvili dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. SİA-nın xəbərinə görə, Gürcüstan prezidenti Azərbaycan dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan prezidenti təbrikə və diqqətə görə M. Saakaşviliyə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələriin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə