Nurəddin Məmmədli: “2010-cı il AXCP üçün siyasi baxımdan aktiv il olub"
AXCP-nin Müsavat Partiyası ilə qeyri-şərtsiz birləşmək barədə qərarı var. Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, birləşmə ilə əlaqədar ən səmərəli addımlar atılıb: "AXCP birliyin baş tutması üçün öz üzərinə düşənləri məsuliyyətlə yerinə yetirib".
N.Məmmədli Müsavat Partiyasından Məclis sədri Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin istefası ilə bağlı münasibətdə bildirib. O, qeyd edib ki, Müsavat partiyasında istefaların olması yaxşı hal deyil: "Mənim üçün gözlənilməz oldu. Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin istefası Müsavat Partiyası üçün də itkidir. Çünki uzun illər Müsavatda fəaliyyət göstəriblər, rəhbərlikdə təmsil olunublar".
Nurəddin Məmmədli bildirib ki, 2010-cı il AXCP üçün siyasi baxımdan aktiv il olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB