"Xaricdə fəaliyyət göstərən şəbəkə özünü parçaladı" MÖVQE-ÖZƏL

"Xaricdə fəaliyyət göstərən şəbəkə özünü parçaladı" MÖVQE-ÖZƏL

“Hesab etmək olar ki, xaricdə Azərbaycana qarşı kampaniya fəaliyyət göstərən şəbəkənin son günlər yenidən fəallaşmağa göstərdiyi cəhd onların fəallaşmaq istiqamətində sonuncu cəhdlərindən biri ola bilər. Çünki, bu fəallaşmaq cəhdi bir sıra nüansları ortaya qoyur”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, sözügedən dalğaya daxil olan şəxslərin son günlər bir-birilələrinə qarşı ittihamlar yağdırması, kimin haradan, nə zaman, nə qədər məbləğdə qrant alması, hansı istiqamətlərdə xərcləməsi, hansı hissəsinin işə və ya şəxsi məqsədlər üçün sərf olunması ilə əlaqədar deyilənlər onların iç üzünü ortaya qoyur.

Onun sözlərinə görə, hələ əvvəllər ölkəmizdə bir çoxları və ya əksər ekspertlər xaricdə fəaliyyət göstərən həmin şəbəkənin müəyyən siyasi mərkəzlərin və maliyyə donorlarının gizli göstərişi ilə hərəkət etdiklərini iddia edən zaman onlar bunu qəbul etmək, yaxına buraxmaq istəmir, var gücləri ilə inkar edirdilər: “Lakin bu gün baş verən hadisələr və onların bir-birilərinə qarşı ağır ittihamlar yağdırması, qəti şəkildə sübut edir ki, həqiqətən də onlar müəyyən mərkəzlərin təsiri altında olub. Sadəcə bu gün onların fəaliyyətinin mahiyyəti açılır”.

A.Quliyev söyləyib ki, bu hadisə Azərbaycan cəmiyyəti tərəfindən gözlənilən idi: “Çünki,cəmiyyətin böyük əksəriyyəti öncədən də hesab edirdilər ki, Azərbaycan dövlətinə qarşı, xaricdən idarə olunan çirkin qarayaxma kampaniyaları nəticə verə bilməz. Belə addımların,bu cür fəaliyyətlərin ölkədə sosial bazası yoxdur. Amma ciddi nəticə çıxarmaq üçün əsaslar var. Bunlardan biri odur ki, xaricdə fəaliyyət göstərən bu şəbəkənin parçalanması onların vahid bir ideologiyaya, siyasi platformaya yox, ancaq hansısa məqsədlərdən aldığı təlimat və maliyyə ətrafında hərkət etdiklləri sübut olundu. İkincisi onların azərbaycanda hər hansı sosial bazasının olmadığı aşkar görsəndi. Bizim cəmiyyətimizi parçalamaq cəhdləri süquta uğradı. Əksinə onlar özləri parçalandılar”.

Baş redaktor qeyd edib ki, baş verənlərdən sonra artıq xaricdə bu cür şəbəkələrə böyük ümidlər bəsləyən və onların müəyən təlimatlarla ortaya çıxarmaq istəyən qüvvələr də çox şeyi anlamağa məhkumdurlar: “Çünki, başa düşməlidirlər ki, cəmiyyətdən hansısa səbəblərdən özünü kənarda qoyan və kimlərinsə maliyyəsi əsasında fəaliyyət göstərən adamlardan heç bir planın sona qədər icraçısı qismində bəhrələnmək olmaz. Yəqin ki, yaxın gələcəkdə xaricdə Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğul olan şəbəkələrin yaradılması prosesi tamamilə zəifləyəcək. Çünki bu prosesin arxasında dayanan və ondan bəhrə gğtürmək istəyən qüvvələr artıq belə şəxslərlə bu cür qüvvələrlə işləməyin heç bir perspektivinin olmadığını yəqin ki anlayacaqlar. Ona görə də mən bu şəbəkənin fəaliyyətindəki son nüansları onların sonuncu fəaliyyət dalğaları kimi xarakerizə etdim”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə