Qrant davası gözlənilən idi FAKT

Və ya Azərbaycan əleyhinə pula satılanlar daha öncələr də didişib-qapşıblar

Uzun zamandır ki, Avropada klaviatura arxasında oturub, Azərbaycan əleyhinə “qəhrəmanlıq” edənlərin iş üzləri açıldı. Əslində, kimsəyə sirr deyildi ki, onlar bu kimi çirkin kampaniyalarını məhz qrantlar müqabilində həyata keçirirdilər. Müxtəlif maliyyə fondlarının, Sorosun və digərlər donor təşkilatlarının əlaltılarına çevrilən sosial şəbəkə mafiyası barədə daha öncələr də kifayət qədər ciddi faktlar mövcud idi. Xüsusilə, son günlər üzə çıxan fakt – Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasındakı pul davası əvvəllər onların aralarında baş verən bənzər davaların davamı kimi də qiymətləndirilə bilər. Ümumiyyətlə, dövlətimiz əleyhinə yönəlmiş kampaniyaların hər biri məntiqi nəticə ilə ifşa olunmalıydı. Nə qədər qəribə görünsə də, bu ifşanı elə özləri etdilər.

Ən ağır söyüşlərə bir-birlərini təhqir edənlər barədə faktlar kifayət qədərdir

Bir-birlərinin aldıqları qarantlarını hesablayanlardan, kirli qazanclarını bölüşdürə bilməyənlərdən, ümumiyyətlə, bir-birlərini həzm etməyənlərdən başqa hər hansı bir işi də gözləməyə dəyməzdi.

Biz, elə də uzağa getməyərək, Meydan TV-nin rəhbəri Emin Milli ilə Orduxan Teymurxanın arasındakı qalmaqalları, dava-şavaları da xatırlaya bilərik. Məhz həmin vaxtda da aralarındakı qrantları bölüşdürə bilməyən bu iki xəyanətkar sonda ən ağır söyüşlərini bir-birlərinə yağdırdılar. Tərəfdarları da söz yox ki, bu söyüşlərin tərkib hissələrinə çevrildilər. Bu gün Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasındakı pul-para davamı bunların davamıdır.

Bu, onların əsl sifətləridir – maskaları yırtılmış simasız sifətləri....

Lakin daha bir fakt budur ki, özlərini “demokratiya carçısı”, “mübariz insan” və s. kimi təqdim edənlər həqiqi mənada siyasi dəllallardırlar və onlar üçün heç vaxt dövlət, vətən, xalq amili mövcud olmayıb. Onu da qeyd edə bilərik ki, müəyyən erməni lobbilərinin təsirləri altında fəaliyyət göstərən donor təşkilatlarla da altdan iş görən bu ünsürlər erməni dəyirmanına su tökməklə, erməni çörəyi yeyənlərdirlər.

Daha bir fakt isə onların keçmişləri ilə bağlıdır. Artıq, Orduxan Teymurxanın verbovka olunmuş casusluğu barədə kifayət qədər dəlillər və sübutlar mətbuatda işıqlandırıldı. O cümlədən, Tural Sadıqlının bir ailəni necə aldadaraq, necə məhv etməsi haqqında da dəlillər, sübutlar saytımız tərəfindən işıqlandırlmışdı. Habelə, Məhəmməd Mirzəlinin qaranlıq keçmişi ətrafında mediada müəyyən dəlillər sübuta yetirilmişdi. Belə olan vəziyyətdə, onların qrant üstündə qapışmaları təəccüb doğurmamalıdır. Yəni bu, onların əsl sifətləridir – maskaları yırtılmış simasız sifətləri....

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə