AMEA-nın prezidenti: “Xaricdə təhsillərini davam etdirən gənc alimlər üçün müvafiq şərait yaradılmalıdır ki, geri döndükdə fərqi görə bilsinlər”

AMEA-nın prezidenti: “Xaricdə təhsillərini davam etdirən gənc alimlər üçün müvafiq şərait yaradılmalıdır ki, geri döndükdə fərqi görə bilsinlər”
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) xaricdə təhsillərini davam etdirən gənc alimlər üçün stimullaşdırma tədbirləri barədə düşünür. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov məlumat verib. O bidlirib ki, bununla bağlı akademiya hansısa tədbirlər təklif edəcək. Bu istiqamətdə ümidlərini Elmin İnkişaf Fonduna bağladığını deyən AMEA prezidenti qeyd edib ki, alimlər fondun layihələrində iştirak etməklə əlavə vəsait ala bilərlər. Akademiyada da alimlər üçün hansısa güzəştlər proqramının qəbul olunacağını deyən M.Kərimov bu istiqamətdə işləmək lazım olduğunu deyib.

O, həmçinin xarici ölkələrdə təhsil alan azərbaycanlıların sonradan vətənə qayıtmasında yaranan müəyyən problemlərə də münasibət bildirib. M.Kərimov qeyd edib ki, həmin gənclərin vətənə geri dönməsi üçün müəyyən stimullar olmalıdır: "Onların əmək haqqı təminatı yaxşılaşdırılmalı, qayıtdıqdan sonra onlar üçün müvafiq şərait yaradılmalıdır ki, geri döndükdə fərqi görə bilsinlər. Bu sahədə işlər aparmaq lazımdır. Hər halda, Azərbaycana qayıtmağı üçün gənclərə daha cəlbedici şərtlər söylənilməlidir. AMEA doktorantura təhsilini almaq üçün bir qrup alimini xarici ölkəyə göndərib. Onları göndərəndə aramızda müqavilə bağlanıb və əsas şərtlərdən biri də o olub ki, gənclər geri qayıtmalıdırlar. Təbii ki, onlar qayıtdıqdan sonra müəyyən şərait lazımdır və onlar üçün müvafiq iş şəraiti, maliyyə təminatı olmalıdır. Bu istiqamətdə də yollar axtarılıb tapılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə