Çingiz İsmayılov: "Yol boyunca qoyulan piyada işıqforlarının bəziləri əslində cəmiyyətə xidmət edə bilmir"
Bu gün Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Paytaxtın nəqliyyat sistemi:mövcud problemlər və onların həlli yolları" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə RİM-in sədri Çingiz İsmayılov, hüquqşünaslar və ekspertlər iştirak edib.
Tədbiri giriş sözləri ilə açan Çingiz İsmayılov ölkə daxilindəki nəqliyyat problemlərini araşdırdıqlarını, bununla bağlı sorğu keçirildiyini bildirib: "Ölkə daxilində nəqliyyatın inkişafı regionlar arasındakı əlaqələni, sosial inkişafı və miqrasiya axınlarını göstərən amillər sırasındadır. Bakıdakı avtomobillərin 85%-i minikdir. Qeydiyyatın rayonlarda olmasına baxmayaraq, bütün maşınların şəhərdə toplaşması nəqliyyat sistemində problemlər yaranmasına səbəb olur. Tıxaclar, yol qəzaları və digər hadisələr də birmənalı şəkildə insanların psixoloji vəziyyətinə təsir edir. Son illərdə sosial rifahın yaxşılaşması şəhərdə avtomobillərin sayının artmasına səbəb olur. Bütün bu məsələlərlə bğlı Səbail, Yasamal ərazilərində sorğu keçirdik. Sorğunun keçirilməsində əsas məqsəd əhalinin nəqliyyat sisteminə münasibətini öyrənməkdən ibarət idi".
Sorğunun nəticələri haqda danışan sədr onu da qeyd edib ki, ölkədə bir sıra nəqliyyat problemlərinin səbəbi yol nişanları və digər qurğuların düzgün quraşdırılmamasıdır: "Şəhərdə baş verən qəzaları və tıxacları əsasən sürücülərin diqqətsizliyi ilə əlaqələndiririk. Amma düşünməliyik ki sürücü mədəniyyəti ilə yanaşı, Azərbaycanda piyada mədəniyyətində də bəzi əksiklər var. Amma digər bir problem də yol qırağında piyadalar üçün quraşdırılan işıqforların və yol nişanlarının yanlış yerlərdə olmasıdır. Belə ki, apardığımız müşahidələr zamanı da aydın görünür ki, yol boyunca qoyulan piyada işıqforlarının bəziləri əslində cəmiyyətə xidmət edə bilmir".
Tədbir fikir mübadilələri əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB