Bakıda Rusiya və Azərbaycan Arbitaj İnstitutlarının birgə beynəlxalq hüquq konfransı keçirilib
Bu gün Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin birgə təşkilatçılığı ilə "MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər" mövzusunda beynəlxalq hüquq konfransı keçirilib. SİA-nın xəbərinə görə, hər iki ölkə Arbitraj institutlarının rəhbərlərinin, tanınmış hüquqşünas və arbitrlərin Azərbaycanda, Rusiyada və Qərbi Avropa ölkələrində kommersiya mübahisələrinin münsif üsulu ilə həlli, arbitraj forumunun və arbitrajın yerinin seçilməsi meyarları, arbitraj prosesi və arbitrajın səlahiyyətlərinə dair qanunvericilikdə və təcrübədə müasir tendensiyalar, arbitr statusunun təkamülü, həmçinin, arbitrlərə tətbiq olunan tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli problemlərinə dair məruzə və çıxışları dinlənilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Çıxışlarda respublikamızın MDB məkanında beynəlxalq arbitraj haqqında qanunu qəbul edən və beynəlxakj konvensiyalara qoşulan üç ölkələrdən biri olduğu, Azərbaycanda hüquqi islahatların uğurla aparıldığı qeyd edilib, arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda AAMM-ın mühüm rolu vurğulanıb, qurumun 10-dan ölkənin nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı, bundan əvvəl də Bakıda Stokholm və Venesiya Arbitrajı ilə birlikdə belə beynəlxalq tədbirlər keçirdiyi diqqətə çatdırılıb.
Azərbaycan və Rusiyanın Beynəlxalq Kommersiya Arbitraj Məhkəmələri arasında əməkdaşlıq planına uyğun olaraq keçirilən tədbirdə dövlət və özəl sektor müəssisələrinin hüquqşünasları, menecerlər, vəkillər, praktiki hüquqşünaslar, ali məktəb müəllimləri iştirak edib. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB