Mahmud Əhmədinejad: “Biz Azərbaycan xalqının hüquqlarını müdafiə edirik”
"Biz Azərbaycan xalqının hüquqlarını müdafiə edirik. Azərbaycan bizim qardaş ölkəmizdir. İki ölkə arasındakı münasibətlərin tarixi kökləri var. Eyni zamanda bizim Ermənistanla da münasibətlərimiz mövcuddur". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad keçirdiyi mətbuat konfransında bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə İranın prezidenti qeyd edib ki: " Mən ümidvaram ki, Ermənistanla Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli dialoq və haqq yolu ilə öz həllini tapacaq. Münaqişənin həllində İran da öz töhfəsini verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB