"Bako Saakyanın hakimiyyəti itirməsi təhlükəsi artır" ÖZƏL-ŞƏRH
“Separatçı rejimin təmsilçisi Bako Saakyanın Fransa, ABŞ və Rusiyaya səfərləri mahiyyət etibari ilə sırf Ermənistanla separatçı rejim arasındakı münasibətlərlə bağlı olsa da, hüquqi tərəfdən beynəlxalq normaların ciddi şəkildə pozulmasıdır. Bu səbədən də Azərbaycan tərəfi haqlı olaraq bu ölkələrin xarici siyasət idarələrinə ciddi nota verib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Saakyan Azərbaycan sakini olsa da saxta pasportla xarici səfərlərini gerçəkləşdirib: “Çox təəssüf ki, hüquqi dövlət sayılan bu 3 dövlətin Xarici İşlər Nazirliyi separatçı rejimin rəhbərinə öz ölkəsinə səfər etmək üçün saxta viza veriblər. Bu həmçinin münaqişənin nizamlanmasına ciddi mənfi təsir göstərir. Fransa, ABŞ və Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq tərəfsiz və obyektiv mövqe tutmasına ehtiyac duyulduğu halda bu addım birbaşa danışıqlar prosesinə kölgə salır. Belə olan halda bu ölkələrin problemin həllinə tərəfkeşlik mövqeyindən yanaşacağı ehtimalını daha da artırır. Saakyanın Fransa və ABŞ-a səfərləri zamanı əsasən erməni diaspora və kilsə nümayəndələri ilə görüşü baş tutdu. Bundan başqa bu ölkələrin ermənipərəst lobbiçiləri və qeyri-hökumət təşilatları nümayəndələri ilə görüşlər gerçəkləşdirilmişdi. Görüşlərin əsas mahiyyəti Paşinyan hakimiyyətinin xaricdə fəaliyyət göstərən erməni lobbisi və qərb dairələri ilə münasibətlərini zəiflətməkdir.
Paşinyanın hakimiyyətə gəlişinin ilk dalğasında çətinliklədə olsa öz postunu qoruyub saxlamağı bacaran Saakyan növbəti seçkilərə qədər hakimiyyətdə qalmaq uğrunda mübarizə aparır. Dekabr ayında gerçəkləşəcək parlament seçkilərində Paşinyanın üstünlük qazanacağı təqdirdə Saakyanın da hakimiyyətini itirməsi təhlükəsi artır. Bu səbəbdən də Saakyan həm Paşinyana müxalif qüvvələrin sifarişini yerinə yetirir. Turnenin son dayanacağının Moskva olması da səfərin məntiqi sonluğudur. Erməni riyakarlığının yuvası olan Rusiya isə səfərin nəticələrinin son nöqtəsini qoyur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB