"Prezidentin Ehtiyat Fonduna ayrılan vəsait artırılsın" TƏKLİF

"Prezidentin Ehtiyat Fonduna ayrılan vəsait artırılsın" TƏKLİF

“Son zamanlar Azərbaycan iqtisadiyyatında inkişaf, dinamizm və artım müşahidə olunur. Hər bir dövlətin büdcəsi və maliyyə potensialı olmalıdır. Azərbaycanın maliyyə potensialı güclüdür və günü-gündən artmaqdadır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Novruzəli Aslanov parlamentdə 2019-cu ilin dövlət büdcəsinin II oxunuşda müzakrəsi zamanı deyib.

O bildirib ki, büdcədə nəzərdə tutulan Prezidentin Ehtiyat Fonduna diqqət yetirilməli və imkanları daha artırılmalıdır: “ Çünki, Prezidentin Ehtiyat Fondu özünün operativliyi, çevikliyi ilə seçilən maliyyə bazasıdır. Zəruri hallarda bu və ya digər sahələrə maliyyə vəsaitinin ayrılmasını təmin edir. Hər hansı layihənin reallaşmasında maliyyə çatışmazlığı, problem olmur. Ölkəmizdə sosial layihələrin həyata keçirilməsində Prezidentin Ehtiyat Fondunun xüsusi rolu var. Son zamanlar cənab Prezidentinin bölgələrə səfərində müxtəlif obyektlərin açılışı zamanı məhz özünün iştirakı sakinlərin problemlərini şəxsən dinləməsi, onların arzu və istəkləri nəzərə alınaraq, gələcəkdə layihələrin həyata keçirilməsində Prezidentin Ehtiyat Fondundan maliyyənin ayrılması buna bariz nümunədir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə