Avropada yaşayan siyasi mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birlərini ifşa edib. SİA sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, özlərini "siyasi mühacir" adlandıran bu subyektlərin Azərbaycanda keçirilmiş seçkilər öncəsi "birlik" görüntüsünün səbəbləri də məlum olub.
Belə ki, onları xaricdən alınan qrantlar biləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub.
Məhəmməd Mirzəli sosial şəbəkədə Tural Sadıqlı haqda yazıb: "Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin. Məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı "youtub"dan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihəsini də qrant” üçün etdin. Mən bu dəqiqənin özümdə belə xalqın layihəsini etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, yazmısan "yanımıza çəkdik, filan etdik". Mən öz işimi özüm həyata keçirmişəm".
"Made in Azerbaijan" səhifəsinin admini olan Məhəmməd Mirzəli daha sonra Tural Sadıqlını satqınlıqda da ittiham edib: "Sənin qardaşın iki kilo heroinlə tutulur, sonra azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etditiklərini isə saxlayıram ikinci yazıya".
Tural Sadıqlı isə öz növbəsində yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib.
Məhəmməd Mirzəlinin şikayəti əsasında "youtube"də "Azad söz" səhifəsindən şikayət edilib və səhifə bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB