Zabratda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib
Dekabrın 24-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevə məlumat verdi ki, inşasına 2008-ci ilin dekabrında başlanmış binanın ümumi sahəsi 11 min 814 kvadratmetrdir. Binada 81 mənzil vardır ki, onlardan da 72-si ikiotaqlı, 9-u üçotaqlıdır. Burada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev yeni binadakı mənzillərdə yaradılmış şəraitlə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.
Sonra paytaxtın Xəzər rayonunun Pirallahı qəsəbəsində və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində inşa olunmuş yaşayış binalarının açılış mərasiminin iştirakçıları ilə canlı videobağlantı yaradıldı. Hər iki açılış mərasiminin iştirakçıları adından dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə edildi.
Prezident İlham Əliyev Sabunçu rayonunda əlil və şəhid ailələri üçün inşa olunacaq 9 mərtəbəli, 243 mənzilli yaşayış kompleksinin maketi ilə tanış oldu. Sonra dövlətimizin başçısı yaşayış kompleksinin təməlini qoydu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB