Siyavuş Novruzov: “Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada tanınan bir dövlətə çevrilib”
"Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəaliyyəti müddətində çoxsahəli yəni həm siyasi, həm də iqtisadi fəaliyyətlə məşğul olub. O Azərbaycanın çiçəklənməsi, qüdrətlənməsi üçün müxtəlif addımlar atıb". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dövlət başçısının doğum günü ilə bağlı təbrikində deyib.
O bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada tanınan bir dövlətə çevrilib. Onun sözlərinə görə, hazırda Azərbaycan demək olar ki, aparıcı dövlətlərdən biridir.
Ölkəmizdə gedən iqtisadi, sosial islahatların Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu dilə gətirən S. Novruzov söyləyib ki, ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməllər əsasında qurulan Azərbaycan dövlət başçısının siyasəti nəticəsində daha da inkişaf edir, gün-gündən genişlənir, uğurlar əldə olunur.
"İldən- ilə Azərbaycanın iqtisadi uğurları artır, beynəlxalq nüfuzu güclənir. Onun yürütdüyü uğurlu siyasəti nəticəsində Azərbaycan bundan sonra daha da inkişaf edəcək. Bu gün prezidentimizin doğum günüdür. Bundan istifadə edib dövlət başçısını təbrik edir, ona can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirik",- deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB